Ən yüksək göstərici Masazırda qeydə alındı

Premyer Liqada 14-cü turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

 

Sportal.az xəbər verir ki, ən yüksək göstərici Masazırda qeydə alınıb. "Sabah"ın "Bank Respublika Arena"da "Neftçi"yə uduzduğu (0:2) oyunu 2000 azarkeş izləyib.

 

“Sumqayıt”ın "Kapital Bank Arena"da “Qəbələ” ilə heç-heçə etdiyi oyunda (1:1) 1100 azarkeş qeydə alınıb.

 

Ən aşağı göstərici isə “Neftçi” – “Qəbələ” (4:1) görüşündə qeydə alınıb. “Bakcell Arena”da 450 azarkeş olub.

 

Zirə İdman Kompleksinin stadionuda baş tutan “Zirə” – “Səbail” görüşünü (4:1) 300 nəfər stadiondan izləyib. "Qarabağ"ın Tofiq Bəhramov adına Respublika Stadionunda "Keşlə" ilə bərabərə qaldığı matçda (2:2) 500 azarkeş tribunalarda olub.

 

Ümumilikdə turun 4 oyununda 3900 azarkeş olub. Bu da orta hesabla hər matçı 975 nəfərin izləməsi deməkdir.

Tarix: 9 Dekabr [12:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2020
23  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio