Ançelotti İngiltərədə çalışa bilər

11:27 - 12 Dekabr 2019

İtaliyanın “Napoli” klubunda ayrılan Karlo Ançelotti İngiltərədə çalışa bilər.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri - “Everton” və “Arsenal” italiyalı mütəxəssislə maraqlanır. "Arsenal"ın 60 yaşlı mütəxəssislə danışıqlara başlamağa hazırlaşdığı iddia edilir.

 

“Arsenal” bir müddət əvvəl Unay Emerini istefaya göndərmişdi. "Everton" isə Marku Silva ilə yolları ayırıb.

Xəbər xətti