UEFA-dan "Real"a maliyyə xəbərdarlığı

16:40 - 15 Dekabr 2019

UEFA dünyanın ən çox gəlir əldə edən klublarından olan "Real"a xəbərdarlıq edib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu Maliyyə Feyr-Pley qaydalarına əməl etməyib. Yayda transferlərə 350 milyon avro xərcləyən "kral klubu" oyunçu satışından az gəlir götürüb. Paytaxt təmsilçisi 150 milyon avroluq satış edib. UEFA və La Liqa rəhbərliyi "Real"a daha 100 milyon avroluq satış etməsini tapşırıb.

 

Xəbərdarlıqdan sonra "Real" qış transfer dönəmində yolları ayıracağı oyunçuların siyahısını hazırlayır. Madridlilər Brahim Diasla Marianonu əldən çıxarmağı düşünür.

Xəbər xətti