"Lion"da Memfis Depay şoku - mövsümü başa vurdu

12:32 - 16 Dekabr 2019

Fransanın "Lion" klubu ciddi itkilərlə üzləşib.

 

Sportal.az xəbər verir ki, Liqa 1-in 18-ci turunda "Renn"lə matçda Memfis Depayla Jeff Ren-Adelayde zədələnib. Hər iki futbolçu ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq.

 

Mövsümü başa vuran Memfis Depay Niderland millisinə Avropa çempionatında kömək etməyə bilər.

 

25 yaşlı hücumçu bu mövsüm 18 oyuna 14 qol vurub, 2 assist etmişdi.

Xəbər xətti