Hakan Çalhanoğlu Premyer Liqa klubunun hədəfində

17:53 - 7 Yanvar 2020

"Milan"ın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunu "Nyukasl" transfer etmək istəyir. Premyer Liqa klubu Türkiyə millisinin üzvü ilə danışıqlara başlamaq fikrindədir.

 

Xəbərdə "Milan"ın maliyyə dayağı yaratmaq üçün bəzi futbolçuları satmağı düşündüyü qeyd edilib.

 

"Milan" Çalhanoğlu 2017-ci ildə "Bayer"dən 22 milyon avroya transfer etmişdi.

Xəbər xətti