Milli son oyunda da uduzdu

01:11 - 11 Yanvar 2020

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Vаsif Tаlıbovun çalışdırdığı komanda Polşa ilə matçda 0:3 hesabı ilə uduzub.

 

Polşa 9 xalla A qrupunu lider başa vurub. Niderland 6 xalla 2-ci, Bolqarıstan 3 xalla 3-cü olub. Azərbaycan yığması turniri xalsız tamamlayıb.

 

Yarımfinalda Polşa Türkiyə ilə, Niderland isə Almaniya ilə qarşılaşacaq. Yarışın qalibi olimpiadaya vəsiqə əldə edəcək.

 

Polşa – Azərbaycan – 3:0 (25:19, 25:19, 25:23)
Apeldorn (Niderland), “Omnisport” idman sarayı.

Xəbər xətti