Abdulbari Gözəl: "Qurban Qurbanovla danışdım, bəzi transferlər planlaşdırır"

“Qurban Qurbanovla danışdıq. Baş məşqçimiz bəzi transferlər etməyi planlaşdırır. Biz də ona dəstək oluruq”. 

 

Sportal.az xəbər verir ki, bunu “Report”a açıqlamasında "Qarabağ"ın prezidenti Abdulbari Gözəl deyib. Onun sözlərinə görə, hazırda klub yaxşı futbolçu axarışındadır: “İndi onların adlarını mən yox, o bilir. Çünki onun sahəsidir. Bilirsiniz, indi hətta “Arsenal" kimi klub futbolçu tapmaqda çətinlik çəkir. Yaxşı futbolçu tapmaq elə də asan deyil. Amma onlar həmin cameədədir və bu məsələyə baxırlar”.

 

"Qarabağ" qış fasiləsində qapıçı Asmir Beqoviç, eləcə də yarımmüdafiəçi Simeon Slavçev və Riçard Almeyda ilə yollarını ayırıb. Əvəzində "Sumqayıt"da icarədə olan qapıçı Nicat Mehbalıyev geri qaytarılıb. 

Tarix: 11 Yanvar [15:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Yanvar 2020
21  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio