Aquerodan rekord

11:11 - 13 Yanvar 2020

"Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasının tarixinə düşüb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu çempionatın 22-ci turunda "Aston Villa"ya qalib gəldikləri matçda (6:1) het-trik etməklə rekord göstəriciyə nail olub. Argentinalı forvard Premyer Liqada 12-ci dəfə het-trik edib. O, bu göstəricidə "Nyukasl"ın sabiq ingilis hücumçusu Alan Şireri (11) geridə qoyub.

 

Aquero 2011-ci ildən "şəhərlilər"də çıxış edir.

Xəbər xətti