Roman Qriqorçuk "Astana"dan ayrıldı

15:43 - 13 Yanvar 2020

Qazaxıstanın “Astana” klubu baş məşqçisi Roman Qriqorçukla yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun müqaviləsinin başa çatmasına 1 il qalmışdı.

 

"Astana" 54 yaşlı mütəxəssisin rəhbərliyi altında son mövsüm Qazaxıstan çempionu olub. Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.

 

"Astana"nın yeni çalışdırıcısı da əcnəbi mütəxəssis olacaq.

Xəbər xətti