"Qəbələ"də məşq gündəliyi: Rasim fərdi çalışdı

“Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 2-ci gününü başa vurub. Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar.

 

Günün ilk məşqi fitnes zalında gerçəkləşib. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər. Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada reallaşıb. Komanda üzvləri toplu və topsuz çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb. Zədədən sonra bərpa prosesi keçən Rasim Ramaldanov fərdi hazırlıqla kifayətlənib.

Tarix: 13 Yanvar [23:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Yanvar 2020
21  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio