"Napoli" Azərbaycan millisinə qol vuran daha bir futbolçunu aldı

15:34 - 18 Yanvar 2020

"Napoli" daha bir futbolçunu transfer edib.

 

Sportal.az xəbər verir ki, neapollular "Verona"nın müdafiəçisi Amir Rrahmanini transfer edib. Kosovo millisinin üzvü ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Onun illik maaşı 1,8 milyon avro olacaq. A Seriya təmsilçisi bu keçid üçün 15,5 milyon avro təzminat ödəyib. Amir "Napoli"yə iyulda qoşulacaq.

 

"Verona" kosovolunu 2017-ci ildə Zaqreb "Dinamo"sundan transfer etmişdi. Kosovolu oyunçu Millətlər Liqasının qrup mərhələsində millisinin heyətində Azərbaycana qalib gəldikləri oyunda (4:0) 1 qol vurmuşdu.

 

Daha öncə "Napoli" "Selta"nın slovakiyalı yarımmüdafiəçisi Stanislav Lobotkanı 20 milyon avroya transfer  etmişdi. Lobotka AÇ-2020-nin seçmə mərhələsində Slovakiya millisinin heyətində Bakıda Azərbaycana qalib gəldikləri oyunda (5:1) 1 qol vurmuşdu.

 

Xəbər xətti