"Qəbələ"dən "Çayka"ya 3 cavabsız qol - VİDEO

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yanvarın 14-də keçirilən ilk sınaq matçında Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) bu dəfə Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb. Oyun “Titanik” meydançalarında keçirilib. Qarşılaşmada "Qəbələ" 3:0 hesabı ilə qələbə qazanıb.

 

"Qəbələ" – "Çayka" (Rusiya) - 3:0

Qollar: İvitsa Juniç, 6, Rövlan Muradov, 35, Ülvi İsgəndərov, 51

 

Tarix: 19 Yanvar [02:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Fevral 2020
16  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio