Kristian Eriksen "İnter"də - rəsmi

17:28 - 28 Yanvar 2020

"İnter" "Tottenhem"dən Kristian Erikseni transfer edib.

 

Sportal.az xəbər verir ki, danimarkalı futbolçu Milan təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb. Onun illik maaşı 10 milyon avro olacaq. "İnter" bu keçid üçün 20 milyon avro təzminat ödəyib.

 

Eriksen bu mövsüm 23 oyuna 3 qol vurub, 3 assist edib. 27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi.

 

Image

Xəbər xətti