Tarixi oyundan 9 ay keçdi, Salahla Henderson ata oldular

15:45 - 9 Fevral 2020

"Liverpul"un 2 futbolçusu - Məhəmməd Salah və Cordan Henderson ata olublar.

 

Sportal.az xəbər verir ki, misirli hücumçunun qızı, ingilis yarımmüdafiəçinin oğlu dünyaya gəlib. Oyunçuların eyni gündə ata olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Hər iki uşaq "Liverpul"un Çempionlar Liqasının yarımfinalının cavab görüşündə "Barselona"ya 4:0 hesabı ilə qalib gəldiyi tarixi oyundan 9 ay 1 gün sonra dünyaya göz açıblar.

 

Həmin matçda Henderson 1 qol vurub, 1 assist etmişdi. Salah isə zədəli olduğu üçün oyunda iştirak etməmişdi.

 

29 yaşlı Hendersonun 3-cü, 27 yaşlı Salahın isə 2-ci övladı olub.

Xəbər xətti