Jelko Sopiç: "Adı olub heç nə etməyən futbolçunu nə edirəm?"

19:56 - 15 Fevral 2020

Premyer Liqanın 17-ci turunda "Sumqayıt"a səfərdə 2:1 hesabı ilə qalib gələn "Sabah"ın baş məşqçisi Jelko Sopiç mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə qələbəni şərh edib:

 

- Düşünürən ki, 70-75 dəqiqə gözəl oynadıq. 90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz "Barselona" deyilik. Buraya gələndən 70-75 dəqiqə oynadığımız oyun ən yaxşısı idi. "Sumqayıt"ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Onların paslaşmasına icazə vermək istəmirdik.

 

- Hər iki qolda Amadu Diallo iştirak etdi. Düşünürdüzmü ki, bunu edəcək?
- Hər zaman oyunun gedişatını izləyirsiz. Hiss etdik ki, sol cinahdan yaxşı hücum edə bilərik. Diallo oyunda fərqlilik yaratdı. Digər 2 əvəzetmə haqda bunu deyə bilməzdim. Heyətdə 3 limit var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq.

 

- Bəhlul və Təmkin nə üçün yox idi?
- Kart cəzalısı idilər.

 

- Onları əvəz edənlər gələcək üçün hansısa siqnal verdimi?
- Mənim komandamda bütün futbolçular eynidir. Adı olub, heç nə etməyən oyunçunu neyləyirəm?

Xəbər xətti