Renat Dadaşov "Liverpul"la oyunda penalti qazandırdı

12:16 - 18 Fevral 2020

İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası evdə “Liverpul”un U-23 kollektivi ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

 

Dadaşov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 71-ci dəqiqədə komandasına penalti qazandırıb. "Canavarlar"ın heyətində Kempbell 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

 

Oyunun 87-ci dəqiqəsində Dadaşovun zərbəsi qapı dirəyinə tuş gəlib.

 

 

Xəbər xətti