Renat Dadaşov "Espanyol"la oyunun iştirak ərizəsinə salınmadı

22:37 - 20 Fevral 2020

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində İngiltərənin "Vulverhempton" klubu İspaniya təmsilçisi "Espanyol"u qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, "Vulverhempton" Avropa Liqasının oyunları üçün Azərbaycan millisinin üzvü Renat Dadaşovu sifariş etsə də, 20 yaşlı hücumçu bu qarşılaşmada iştirak etməyəcək. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib. 

 

Qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayacaq.

 

Image

Xəbər xətti