Xaker Pep Qvardiolanın özəl məlumatlarını ələ keçirdi

13:31 - 27 Fevral 2020

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola xaker qurbanı olub.

 

Sportal.az xəbər verir ki, Mançester polisi ispan mütəxəssisin komputerindən bütün şəxsi yazışmaları ələ keçirən, futbolçu nömrələrinə yiyələn bir şəxsin özəl məlumatları 100 min funt-sterlinqə satmağa çalışarkən saxlayıblar.

 

"Daily Mail"in xəbərinə görə, xaker Qvardiolanın transfer etmək istədiyi futbolçuları və özəl mesajları ələ keçirib. Xaker 49 yaşlı mütəxəssisin e-mail ünvanını ələ keçirdiyini və bunun onun üçün ən asan iş olduğunu qeyd edib.

 

Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.

Xəbər xətti