Orkun Kökcünün Azərbaycan arzusu

Türkiyə milli komandasını seçən Orkun Kökcü AÇ-2020-yə yollanmaq arzusundadır.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçu Türkiyə millisini seçməsi barədə bunları deyib:

 

"Türkiyə ilə AÇ-2020-də oynamaq ehtimalım Niderlandla müqayisədə daha çoxdur. Gələcək illərdə Niderland millisində oynaya biləcək çox istedadlar var. Lakin mən Türkiyə millisinin formasını geyinəcəm. Ailəm seçimimin Niderland olmasını istəmişdi. Hətta agentim də bunu bildirmişdi. Ancaq Türkiyə mənim evimdir. Qısa müddətdə qərar verməli idim. Mən də seçimimi etdim".

 

Azərbaycanın U-21 millisinin və "Sabah" klubunun yarımmüdafiəçisi Ozancan Kökcünün qardaşı olan futbolçunu İngiltərənin "Arsenal" klubu transfer etmək istəyir. Avropa çempionatının startına qədər "topçular"ın bu keçidi 26 milyon avroya tamamlamaq niyyətində olduğu bildirilir.

 

Türkiyə millisi Avropa çempionatının qrup mərhələsində 2 oyunu Bakı Olimpiya Stadionunda keçirəcək.

Tarix: 6 Mart [12:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6 İyun 2020
5  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio