UEFA daha bir turniri təxirə saldı

00:50 - 19 Mart 2020

UEFA mayın 21-dən iyunun 6-dək Estoniyada keçirilməsi planlaşdırılan 17 yaşadək futbolçuların Avropa çempionatının final mərhələsini qeyri-müəyyən müddətədək təxirə salıb.

 

Sportal.az xəbər verir ki, qitə qurumu turnirin koronavirus pandemiyasına görə keçirilməyəcəyini bəyan edib.

 

Turnirin yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Xəbər xətti