"Bizim böyük evimiz, bağçalarımız var, 70 m² evdə 2 uşaqla yaşayanlar nə etsin?"

15:51 - 25 Mart 2020

İngiltərənin "Aston Villa" klubunun qapıçısı Pepe Reyna koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı qolkiper test vermədiyini deyib:

 

"Birmingemdə özümü pis hiss etmirəm. Burada test etmirlər. İnsanların çox olduğu yerlərdən qaçıram. Biz böyük evlərdə yaşayan, böyük bağçaları olan insanlarıq. Əslində, 70 m² evdə 2 uşaqla yaşayanlar üçün narahatam. Onlar nə etsin? İndiki durumda futbol vacibliyini itirib. Bu mövsüm meydana qayıdacağımızdan əmin deyiləm. Boş tribunalar önündə futbol oynamağı isə anlaya bilmirəm. Təbii ki, maliyyə itkisinə görə bu addımı da başa düşürəm. Ancaq maliyyə itkisi bütün sektorlara aiddir".

 

"Aston Villa" ispan qolkiperi qış fasiləsində "Milan"dan mövsümün sonuna qədər icarəyə götürüb.

Xəbər xətti