FIDE prezidenti Rəcəbovun iddiaçılar turnirindən imtina etməsindən danışdı

11:22 - 27 Mart 2020

Beynəlxalq Şhmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç iddiaçılar turnirini dayandırmaqları barədə danışıb.

 

Sportal.az xəbər verir ki, FIDE-nin rus rəhbəri həm də Teymur Rəcəbovun yarışdan imtina etməsindən də söz açıb.

 

“Teymur Rəcəbov turnirdən koronavirusa görə imtina etdi. Teymura qarşı hörmətsizlik etməmişik. Ciddi tədbirlər görülmüşdü. Gündə 2 dəfə tibbi baxış, koronavirus testləri təşkil etdik. Azarkeşlər turnirə buraxılmadı, media ilə ünsiyyətə məhdudiyyət qoyuldu. Bu, Rəcəbovun öz qərarı idi. Biz ona tibbi baxışdan keçməyi təmin edəcəkdik. Yarış iştirakçılarında COVID-19 testi müsbət çıxmadı. Rusiya höküməti aviasiya əlaqələrinə qadağa qoyduğu üçün yarış dayandırıldı. Ancaq bu, turnirin ləğv edilməsi anlamına gəlməməlidir”.

 

Teymur Rəcəbov turnirdən koronavirus pandemiyasına görə imtina etmişdi.

Xəbər xətti