“Kəpəz”in futbolçuları ev şəraitində hazırlaşırlar

Dünyanı cənginə alan koronavirus pandemiyasına görə bir müddətdir ki, bütün idman yarışları, o cümlədən futbol çempionatları dayanıb. Divizionda yarış martın 13-də 19-cu turun oyunlarından sonra təxirə salınıb. 

 

Sportal.az xəbər verir ki, matçların keçirilməməsi və mövcüd durum məşqlərə də ara verilməsini labüd edib.“Kəpəz”in əsas komandası artıq 2 həftəyə yaxındır ki, hazırlıq keçmir. Komanda üzvləri sonuncu hazırlıq prosesinə martın 14-də çıxaraq bundan sonra qeyri-müəyyən vaxta qədər evə buraxılıblar.

 

Geridə qalan dövrdə məşqçilər korpusu və futbolçular bir yerə yığışmasa da, sonunculara fiziki formanı qorumaq üçün müəyyən tapşırıqlar verilib. Bunu klubun mətbuat xidmətinə açıqlamasında baş məşqçi Yaşar Vahabzadə deyib. Onun sözlərinə görə, sonuncu məşqdən sonra oyunçularla fərdi halda hazırlaşmaları və daha çox nəyə diqqət yetirməli olduqları barədə danışılıb.

 

Bundan əlavə, çalışdırıcı futbolçuların vəziyyətini daim diqqətdə saxlayaraq durumu öyrənmək məqsədilə tez-tez kapitan və digər oyunçulara əlaqə qurur. 

 

Karantin rejiminə əməl edən oyunçular ev şəraitində fərdi qaydada müəyyən fiziki hərəkətləri yerinə yetirməklə hazırlaşırlar.

Tarix: 27 Mart [17:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 May 2020
29  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio