"Qarabağ"dan yeni müsabiqə

12:29 - 30 Mart 2020

Koronavirus pandemiyasına görə çempionat dayandırıldığı üçün "Qarabağ" klubu yeni bir layihəyə start verib.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı qaydalara əməl etməlidir:

 

* Hər gün iki dəfə olmaqla (12:00 və 20:00) bir foto paylaşılacaq;

 

* Hər paylaşıma yalnız 4 saat içərisində verilən cavablar nəzərə alınacaq;


* Bu fotoda 4 futbolçunun (1-i hazırki yerli, 1-i hazırkı əcnəbi, 1-i sabiq legioner, 1-i isə ən az 3 il oynamış yerli ) uşaqlıq fotoları yer alacaq;


* Hər paylaşımda bütün futbolçuları düzgün tapan ilk şəxsə 10, ikinci şəxsə 5, üçüncü şəxsə isə 3 xal veriləcək;


* Müsabiqənin yekununda qalib olan şəxs fasilədən sonra ilk oyunda sevimli futbolçusu tərəfindən forma ilə, ikinci və üçüncü yerin sahibləri də müxtəlif hədiyyələrlə mükafatlandırılacaq;


*Hər kəs hər paylaşıma yalnız bir cavab yaza bilər;


* Cavabları şəkildəki rəqəm ardıcıllığı ilə yazmağınız xahiş olunur.

 

QEYD: Redaktə olunmuş cavablar nəzərə alınmayacaq.

 

Xəbər xətti