Arşavin Özili tənqid etdi

13:47 - 1 Aprel 2020

Rusiyalı sabiq futbolçu Andrey Arşavin keçmiş komandası "Arsenal"da oynayan Məsut Özili tənqid edib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı veteran Türkiyə əsilli futbolçunun oyunu ləngitdiyini deyib:

 

"Məsut Özil dünyada böyük futbolçudur və ona hörmət edirəm. Fikrimcə, oyunu ləngidir. Mən olsam, onun yerinə başqa futbolçu oynadaram. Məsutun "Arsenal"da gələcəyini görmürəm. Komandanın indiki heyəti güclü deyil. Göründüyü kimi, Mikel Arteta Məsut Özildən çox yararlanmaq istəyir. Komanda turnir cədvəlində yaxşı yerdə deyil".

 

Arşavin 2009-2013-cü illərdə London klubunda oynayıb.

Xəbər xətti