Həyat yoldaşı Rüştünün son durumunu açıqladı

16:05 - 2 Aprel 2020

Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəçbərin müalicəsi davam etdirilir.

 

Sportal.az xəbər verir ki, sabiq qapıçının həyat yoldaşı İşıl Rəçbər müalicənin yaxşı istiqamətdə olduğunu bildirib:

 

"Müalicə yaxşı istiqamətdə davam edir. Xəstəlik ani peyda oldu. COVID-19 Rüştünün ağciyərlərinə keçdi. Nəfəsi daraldığı üçün həkimə nəzarətinə götürüldü. O, hazırda reanimasiyadadır".

 

 46 yaşlı keçmiş futbolçu martın 29-u xəstəxanaya yerləşdirilib.

Xəbər xətti