Premyer Liqa klubunun baş məşqçisi maaşından imtina etdi

12:52 - 3 Aprel 2020

İngiltərənin "Brayton" klubunun baş məşqçisi Qrem Potter maaşının azaldılmağına razılaşıb.

 

Sportal.az xəbər verir ki, COVID-19 pandemiyasına görə yaranan maliyyə probleminə görə, ingilis çalışdırıcı 3 aylıq maaşının böyük hissəsindən imtina edib.

 

44 yaşlı bu təklifi 2 həftə öncə desə də, klub prezidenti razılaşmamışdı.

 

Daha öncə "Bornmut"un çalışdırıcısı Eddi Hau koronavirusla mübarizə üçün məvacibinin böyük hissəsindən imtina etmişdi.

Xəbər xətti