Formula 1-in keçmiş prezidenti 89 yaşında ata olacaq

23:43 - 3 Aprel 2020

Formula 1-in keçmiş prezidenti Berni Ekklstoun 89 yaşında 4-cü dəfə ata olacaq.

 

Sportal.az xəbər verir ki, 44 yaşlı Fabiana Flosi ilə evli olan keçmiş funksionerin iyul ayında oğlan övladı dünyaya göz açacaq.

 

Oktyabrın 28-də 90 yaşı tamam olacaq britaniyalı sabiq prezident məlumatı təsdiq edib. Flosi isə hamiləliyin yaxşı getdiyini bildirib: "Sağlam olmağını arzulayırıq. Ümid edirəm ki, Formula 1-ə marağı olmayacaq".

Xəbər xətti