Serbiya millisinin üzvünə 3 aylıq ev dustaqlığı verildi

15:15 - 6 Aprel 2020

Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun serbiyalı futbolçusu Aleksandar Priyoviç cəzaya məruz qalıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu Serbiyada COVID-19-a görə elan edilən karantin qaydalarını pozub. Polislər futbolçunu Belqradda 5 nəfərlə spirtli içki içərkən yaxalayıb. 

 

Buna görə də Serbiya millisinin üzvünə 3 aylıq ev dustaqlığı verilib.

Xəbər xətti