Almaniya klubu Nazarovla müqavilə imzalamağa hazırlaşır

Azərbaycan millisinin üzvü Dmitri Nazarov çıxış etdiyi Almaniyanın "Aue" klubundan yeni müqavilə təklifi alıb.

 

Sportal.az xəbər verir ki, II Bundesliqa təmsilçisi 30 yaşlı futbolçu ilə 2023-cü ilin yayına qədər saziş bağlayacaq.

 

Nazarov 2016-cı ildə "Karlsrue"dən "Aue"yə keçib. Milliləşdirilmiş futbolçunun indiki müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

Tarix: 7 Aprel [10:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio