Növbəti mövsüm Premyer Liqada yenə 8 klub mübarizə aparacaq

15:42 - 9 Aprel 2020

Azərbaycan Premyer Liqasında növbəti mövsüm 10 klubun mübarizə aparacağı gözlənilsə də, plan baş tutmayacaq.

 

Sportal.az xəbər verir ki, koronavirus pandemiyasına görə yaranan maliyyə problemlərinə görə, gələn mövsüm çempionatda 8 klubun mübarizəsi planlaşdırılıb.

 

AFFA nəzarətində olan klublara əvvəlkindən daha az maliyyə ayıracaq. Bu da futbolçuların maaşlarına ciddi təsir edəcək.

 

Mövsümün gedişində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov yeni mövsüm çempionatda 10 klubun mübarizə apacağını açıqlamışdılar.

Xəbər xətti