Halk "Qalatasaray"a transfer olacaq?

17:41 - 12 Aprel 2020

"Qalatasaray" Çinin "Şanxay Şenhua" klubunda çıxış edən Halkı transfer etmək istəyir.

 

Sportal.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Çində oyunçuların maaşları kəskin şəkildə azalacağı üçün futbolçular klublarından ayrılmağı düşünür. 

 

Çin Super Liqasının ulduzu olan 33 yaşlı hücumçu Avropaya qayıtmağı düşünür. Bu səbəbdən də braziliyalı futbolçunun "Qalatasaray"dan təklif gələcəyi halda, danışığa gedəcəyi gözlənilir.

 

Halk daha öncə Çində pula görə oynadığını demişdi: "Peşəkar futbolçuların 10 illik karyerası olur. Bunu diqqətə almalıyıq. Çinə pul qazanmağa gəlirik. Yoxsa hamımız Avropada oynamağa davam edərik".

 

Təcrübəli hücumçu 2016-cı ildə 56 milyon avro qarşılığında "Zenit"dən Çin klubuna keçmişdi. Braziliya millisinin keçmiş üzvü "Şanxay Şenhua"da 124 oyuna 68 qol vurub, 53 assist edib. Halkın Çində illik 17 milyon avro maaş aldığı qeyd edilir.

 

Xəbər xətti