Avstriyada klublar məşqlərə başlayacaq

11:17 - 16 Aprel 2020

Avstriya futbol liqalarında klublar məşqlərə başlayacaq.

 

Sportal.az xəbər verir ki, yerli hökumət bununla bağlı icazə verib. Klublar aprelin 20-də hazırlığa start verəcək. Məşqlər 6 futbolçudan ibarət kiçik qruplar şəklində olacaq.

 

Avstriyada futbol liqalarının bərpa ediləcəyi vaxt açıqlanmayıb.

Xəbər xətti