Miçel: "Futbola ən qısa vaxtda qayıtmağı hamı istəyir"

"Qarabağ"ın futbolçusu Miçel koronavirusla bağlı Azərbaycanda yaranmış vəziyyətdən danışıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi qaydaların sərt olduğunu bildirib:

 

"Burada 1100-dən çox adam COVID-19-a yoluxub. Aprelin 20-dək evdə olmalıyıq. Günlük ərzaq almaq üçün 2 saat çölə çıxa bilərik. Bunun üçün SMS göndərməliyik. Qaydalar sərtdir. Ümid edirəm ki, vəziyyət düzələcək. İspaniyadakı vəziyyətin yaxşılaşmasına sevinirəm. Hər şeyin daha az ölümlə həll olunacağına inanıram. Futbola ən qısa vaxtda qayıtmağı hamı istəyir".

Tarix: 18 Aprel [11:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 May 2020
30  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio