Syomindən 2 dəfə az maaş alacaq

Rusiyanın “Lokomotiv” klubu mövsümün sonunda baş məşqçisi Yuri Syominin başa çatacaq müqaviləsini uzatmayacaq. 

 

Sportal.az "Championat" nəşrinə istinadən xəbər verir ki, Moskva təmsilçisi 72 yaşlı mütəxəssisi “Partizan”ın keçmiş baş məşqçisi Marko Nikoliç ilə əvəz edəcək.

 

40 yaşlı mütəxəssis "dəmiryolçular"da illik 1,2 milyon avro maaş alacaq. Bu, Syominin qazancından 2 dəfə aşağıdır.

 

Əgər komanda Çempionlar Liqasına vəsiqə əldə etsə, serb mütəxəssis daha 500 min avro mükafat alacaq.

 

Nikoliçin son iş yeri Macarıstanın "Fehrevar" klubu olub.

 

Syomin müxtəlif illərdə "Lokomotiv"i çalışdırıb. Təcrübəli çalışdırıcı 3 dəfə ölkə çempionu olub, 6 dəfə Rusiya kubokunu qazanıb. Syomin 2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub.

Tarix: 27 Aprel [16:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2020
26  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio