UEFA Niderland klubunu Avropa kuboklarına buraxmayacaq?

17:37 - 30 Aprel 2020

UEFA Niderlandın "Villem II" klubunu Avropa Liqasına qatılmaqdan məhrum edə bilər.

 

Sportal.az xəbər verir ki, qitə qurumu koronavirus pandemiyasına görə çempionatı ləğv edən Niderlandı Avropa kuboklarında 5-ci iştirakı əlindən almaq fikrindədir.

 

Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə ölkə kubokunu qazanan kluba veriləcəkdi. Ancaq kubokun finalı ləğv edilib və bu hüquq "Villem II" klubuna verilib.

 

Məlumata görə, UEFA Niderland Kral Futbol Birliyinin təsdiq etdiyi qərarları qəbul etməyə bilər. Bu qərar qəbul edilsə, Niderlandı gəln mövsüm Avropada 4 klub təmsil edəcək.

Xəbər xətti