"Qəbələ"nin avrokubok 11-liyi - statistika

2014-cü ildən avrokubokların daimi iştirakçısına çevrilən “Qəbələ”nin 71 futbolçusu qitə miqyaslı turnirdə  meydana çıxıb.

 

Sportal.az xəbər verir ki, ardıcıl 6 mövsüm UEFA Avropa Liqasında qüvvəsini sınayan “qırmızı-qaralar”ın oyun sayında rekordçusu Dmitri Bezotosnıdır. Ukraynalı qapıçı 32 avrokubok matçında komandanın şərəfini qoruyub.

 

İkinci göstəriciyə malik olan Vojislav Stankoviç ondan üç oyun geri qalır. 3-cü yerə Rikardinyo və Sergey Zenyov şərikdir. Onların hərəsinin hesabında 27 matç var. Yerli futbolçular arasında Asif Məmmədovla Rəşad Sadiqov öndədir. Onlar 22 avrokubok qarşılaşmasının iştirakçısı olub.

 

Ümumilikdə 11 futbolçu 15 və ya daha çox oyunda meydana çıxıb.

 

“Qəbələ”nin heyətində 15 və daha çox avrokubok oyunu keçirənlər:

 

1. Dmitri Bezotosnı - 32

2. Vojislav Stankoviç - 29

3-4. Rikardinyo - 27

Sergey Zenyov - 27

5. Vitali Vernidub - 26

6-7. Asif Məmmədov - 22

Rəşad Sadiqov - 22

8. Rafael Santos - 20

9. Filip Ozobiç - 18

10-11. Dodo - 15

Urfan Abbasov - 15.

Tarix: 4 May [11:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2020
17  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio