Avropa kuboklarında yeni mövsümün təsnifat mərhələləri ləğv olunur? - UEFA-dan açıqlama

09:43 - 12 May 2020

"The Times" nəşri UEFA-nın koronavirus pandemiyasına görə yeni mövsüm Çempionlar Liqası və Avropa Liqasında təsnifat mərhələlərinin oyunlarını azaltmaq və ya ləğv etməyi düşündüyünü yazmışdı.

 

Sportal.az xəbər verir ki, qurumdan verilən açıqlamada bu məlumat təkzib olunub. Avropa futbol qurumu təsnifat mərhələlərini ləğv etmək və ya azaltmaq barədə düşünmədiyini qeyd edib.

 

Avrokuboklarda yeni mövsümün nə vaxt başlayacağı isə hələ müəyyənləşməyib.

Xəbər xətti