Mahir Emreli: "Quzanlıda heç olmasa 1 oyun keçirmək istərdim"

"Ağdama səfərimiz zamanı oradakı insanları görüb qəribə hisslər keçirdim. Həm sevinc, həm kədər var idi. Onları o vəziyyətdə görmək insanı düşündürür".

 

Sportal.az xəbər verir ki, bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli bir neçə gün öncə Ağdama səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

 

23 yaşlı  hücumçu bildirib ki, yardım etdikləri insanların xalqımıza, onun dəstəyinə ehtiyacı var: "Hər birimiz bacardığımız qədər onlara dəstək olmalıyıq. Ən toxundurucu məqam Quzanlı stadionuna ayaq basmağım oldu. Orada heç vaxt olmamışdım. İlk dəfə idi. Bir anlıq təsəvvür etdim ki, orada oynayıram. İstərdim ki, Quzanlıda heç olmasa 1 oyun keçirim".

 

Emreli Ağdamda "Qarabağ" haqqında xeyli xoş söz eşitdiklərini söyləyib: "Bizi çox gözəl qarşıladılar və qayğımıza qaldılar. İcra başçısı daha çox Qurban Qurbanov və Əmrah Çəlikəllə söhbət etdi. Ona görə də nə danışdıqlarından xəbərim olmadı".

 

İtaliyanın "Milan" klubunda çıxış edən İbrahimoviç "Instagram"da balıq tutarkən videosunu paylaşıb. Həmin fotonu bəyənənlər arasında Emreli də olub. 

 

Hücumçu bildirib ki, özünün də bu məşğuliyyətə həvəsi var: "Zlatan İbrahimoviçin hər bir şəklini bəyənirəm. Zaqatalada dayımın süni gölü var. Hər yay ora gedəndə gündə azı 1-2 saat balıq tuturam. Qarmağı atırıq suya, bir də görürük ki, balıq dartır".

 

Digər məşğuliyyətləri barədə də danışan Emreli "PlayStation"da mərhələ keçilən oyunlar oynamağı xoşladığını söyləyib.

Tarix: 16 May [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2020
20  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio