"İnter" Martinesə əvəzləyici tapdı

17:17 - 21 May 2020

"İnter" hücumçusu Lautaro Martinesin əvəzləyicisini tapıb.

 

Sportal.az "Calciomercato"ya istinadla xəbər verir ki, Milan təmsilçisi argentinalı hücumçu "Barselona"ya transfer olacağı təqdirdə, onu həmyerlisi Serxio Aquero ilə əvəzləməyə çalışacaq.

 

Aquero 2011-ci ildə "Atletiko"dan "Mançester Siti"yə keçib. 31 yaşlı hücumçu bu mövsüm 30 oyunda 23 qol vurub, 3 assist edib. Argentinalının müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Xəbər xətti