Roberto Mançini: "Çox adam qorxduğu üçün millini çalışdırmaq istəmədi"

18:22 - 21 May 2020

İtaliya millisinin çalışdırıcısı Roberto Mançini yığmanın baş məşqçisi təyin edilməsindən danışıb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis yığmada çalışmaqdan qorxmadığı üçün təklifi qəbul etdiyini bildirib:

 

"Mən gəlməmişdən əvvəl kimsə yığmanı çalışdırmaq istəmirdi. Məndən soruşdular və razılaşdım. Çox adam çətin vəziyyətə düşməkdən qorxurdu, ancaq futbol belə vəziyyətlərdən ibarətdir, buna görə də tam əmin olmaq lazımdır və gənc oyunçularına bacarığna inanmaq lazımdır. Hələ təcrübə qazanacaqlarına inanıram.

 

İtaliyada hər zaman yaxşı futbolçular olub. Ancaq zəif rəqiblərlə oyunda da qalib gəlmək həmişə çətindir. Daha öncə sahib olduğumuzdan fərqli iş görmək istədik. Yaxşı oynamağa və əlimizdən gələni etməyə çalışdıq. Mənim fikrim azarkeşləri komandaya yaxınlaşması üçün xüsusi iş görmək idi".

 

55 yaşlı çalışdırıcı 2018-ci ildə İtaliya millisinin baş məşqçisi təyin edilib.

Xəbər xətti