AFFA liqaları ləğv etdi

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən liqalarla bağlı təqdimat hazırlanaraq İcraiyyə Komitəsinin üzvlərinə göndərilib.

 

Təqdimatda liqalar barədə ətraflı məlumat, hazırkı vəziyyət və UEFA-nın üzvü olan digər milli assosiasiyalarda pandemiya amili nəzərə alınaraq qəbul olunmuş qərarların qısa xülasəsi öz əksini tapıb.
 

Xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.

 
AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, ilk növbədə, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar Azərbaycan Respuklikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

 

Aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub:
 
1. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılsın. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunsun.

 

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulsun.

 

BAKCELL U-17 LİQASI
Yer Komanda O Q H M VQ BQ T/F Xal
1 Sabah 18 14 1 3 65 14 51 43
2 Zirə 18 11 3 4 57 23 34 36
3 Keşlə 18 11 1 6 40 14 26 34
4 Tufan 18 10 4 4 45 28 17 34
5 Sumqayıt 18 11 1 6 36 25 11 34
6 Qəbələ 18 10 2 6 50 23 27 32
7 Qarabağ 18 10 2 6 41 30 11 32
8 Neftçi 18 9 4 5 46 30 16 31
9 Səbail 18 8 5 5 40 24 16 29
10 Kəpəz 18 7 3 8 29 34 -5 24
11 İsgəndər Cavadov BFA 18 4 0 14 27 72 -45 12
12 Neftçi İK İB 18 2 4 12 14 40 -26 10
13 Xəzər Lənkəran 18 2 0 16 12 60 -48 6
14 İOEUGİM (Sumqayıt) 18 2 0 16 8 93 -85 6
 
U-16 LİQASI
Yer Komanda O Q H M VQ BQ T/F Xal
1 Qəbələ 22 19 0 3 88 15 73 57
2 Neftçi 22 17 1 4 89 17 72 52
3 Sumqayıt 22 14 5 3 61 23 38 47
4 Keşlə 22 14 2 6 79 35 44 44
5 Səbail 22 13 3 6 60 26 34 42
6 Qarabağ 22 12 3 7 39 27 12 39
7 Sabah 22 11 2 9 57 32 25 35
8 Neftçi İK İB 22 6 7 9 47 37 10 25
9 Zirə 22 5 3 14 37 43 -6 18
10 Xilə 22 2 4 16 14 97 -83 10
11 Mil-Muğan 22 2 0 20 15 122 -107 6
12 İsgəndər Cavadov BFA 22 1 2 19 14 126 -112 5
 
BOULEVARD HOTEL U-15 LİQASI
Yer Komanda O Q H M VQ BQ T/F Xal
1 Qəbələ 16 15 1 0 61 3 58 46
2 Neftçi 17 13 1 3 51 13 38 40
3 Qarabağ 17 10 1 6 46 22 24 31
4 Səbail 17 10 0 7 41 25 16 30
5 Keşlə 17 9 3 5 30 22 8 30
6 Sabah 16 9 2 5 56 13 43 29
7 Sumqayıt 16 8 3 5 29 17 12 27
8 Zirə 17 8 1 8 29 28 1 25
9 Binə 16 7 1 8 29 32 -3 22
10 Kəpəz 15 4 2 9 15 56 -41 14
11 Neftçi İK İB 16 2 2 12 11 38 -27 8
12 Turan Tovuz 17 2 0 15 4 71 -67 6
13 İsgəndər Cavadov BFA 17 0 1 16 7 75 -68 1
 
2. Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.
 
3. AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.
 
4. Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunsun. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul edilsin.
 

 

Tarix: 22 May [15:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Noyabr 2020
25  Noyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio