Aleksey İsayev Rusiya Premyer Liqasında

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev yeni mövsümdən karyerasını Rusiyada davam etdirəcək.

 

Sportal.az-ın məlumatına görə, 24 yaşlı futbolçunun keçidi artıq tamamlanıb. Premyer Liqa təmsilçisi "Ural" "Sumqayıt"la müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə anlaşıb. Hazırda Rusiyada olan futbolçunun şəxsi agenti transferi həll edib.

 

İsayev 2018-ci ildən "Sumqayıt"da çıxış edir. Aleksey 2016-cı ildə "Zenit"lə 3 illik müqavilə imzalamışdı. O, Sankt-Peterburq klubunun əvəzedici heyətində 24 matçda forma geyinib. 2017/18 mövsümünü yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 25 qarşılaşmada 2 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlmişdi.

 

İsayev Azərbaycan millisinə 1 dəfə dəvət alsa da, debüt etməyib.

Tarix: 23 May [12:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 İyun 2020
1  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio