"Mourinyo mənə dedi ki, "Çelsi"yə gəlsən, çempion olacağıq"

"Monako" nun yarımmüdafiəçisi Sesk Fabreqas 2014-cü ildə "Barselona"dan "Çelsi"yə keçidi ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, ispan futbolçu London klubunun baş məşqçisi olmuş Joze Mourinyo ilə bu barədə danışdığını deyib:

 

"Bir dəfə Mourinho ilə görüşdük və dedi: "Mənə iki oyunçu lazımdır. Dieqo Kosta müqavilə imzalayacaq. "Çelsi"yə keçsən, komanda çemöionluq qazanacaq". Joze ilə işlədiyim üçün deyə bilərəm ki, o, mənim üçün ən yaxşı motivator idi. Böyük oyunçular üçün əla məşqçidir. Mourinyonun "Çelsi"də keçirəcəyi vaxt heyrətamiz idi.

 

"Arsenal"da oynadığım vaxt mənə desəydilər ki, "Çelsi"də xoşbəxt olacaqsan, həmin adamı dəli adlandırardım. Ancaq azarkeşlərlə, klubla və orada işləyən hər kəslə birlikdə olmaq məni xoşbəxt etdi. "Çelsi"nin oyununa yaxşı uyğunlaşdığımı hiss etdim. Mourinyo ilə işləməyimin karyeramdakı ən böyük addımlardan biri ola biləcəyini bilirdim".

Tarix: 25 May [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio