Ronaldo fiziki göstəricisi ilə təəccübləndirdi

17:17 - 2 İyun 2020

"Yuventus" bərpasına qərar verilən İtaliya A Seriyasının oyunlarına hazırlaşır.

 

Sportal.az "Tuttosport"a istinadla xəbər verir ki, oyunçulardan götürülmüş testlərdən sonra komandanın ulduzu Kriştiano Ronaldonun göstəriciləri təəccübləndirib.

 

Məlumata görə, portuqaliyalı hücumçunun hazırkı fiziki durumu karantindən öncə edilən sonra testin göstəricisindən daha yaxşıdır.

 

35 yaşlı futbolçu karantini Portuqaliyanın Madeyra adasında keçirmişdi.

Xəbər xətti