İtaliyada 5 dəyişikliyə icazə verildi

12:49 - 6 İyun 2020

İtaliya Futbol Federasiyası (FIGC) liqalarda əvəzetmə sayını artırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, mövsümün bərpasından sonra klubların matç ərzində 5 oyunçu dəyişikliyindən istifadə etməsinə icazə veriləcək. Lakin komandalar oyunun sürətini azaltmamaq məqsədilə bu əvəzetmələr 3 dəfəyə həyata keçirilməlidir.

 

İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq. İyunun 11-dən isə kubok matçları start götürəcək.

Xəbər xətti