Azərbaycanda klublara məşq qadağası

00:16 - 20 İyun 2020

Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə qadağa qoyulub.

 

Sportal.az xəbər verir ki, baş nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.

 

İyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılıb.

 

Nazirlər Kabinetinin yanında Operativ Qərargah mayın 31-dən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə vermişdi.

Xəbər xətti