Milli üzvü Belçika klubunda

12:32 - 24 İyun 2020

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Eduardo Borges karyerasını Belçikanın “Halle Gooik” klubunda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, son 3 mövsümdə Fransanın “Acces Futsal” klubunun uğurları üçün çalışan müdafiəçi bu dəfə Belçikanın iddialı komandası ilə anlaşıb.

 

O, qarşıdakı 1 ili bu komandanın heyətində keçirəcək.

Xəbər xətti