Əmir Ağayev İsrailə qayıdır

"Sumqayıt"la müqaviləsi başa çatan Əmir Ağayev bu gün doğma ölkəsi İsrailə qayıdacaq.

 

Sportal.az xəbər verir ki, Azərbaycanda qalmış İsrail vətəndaşları bu gün 18:30-da xüsusi reyslə Təl-Əvivə yola salınacaq.

 

Yola düşənlər arasında Əmir Ağayev və ailəsi də var. Xüsusi reysli təyyarəni İsrail höküməti təşkil edib və vətəndaşlarına sahib çıxıb.

 

28 yaşlı yarımmüdafiəçi "Sumqayıt"la müqaviləsini uzatmayacağını klub rəhbərliyinin diqqətinə çatdırıb. O, İsrail çempionatında özünə klub axtaracaq.

Tarix: 24 İyun [17:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Avqust 2020
10  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio