Amit Quluzadə Moldova klubunda

18:23 - 25 İyun 2020

Azərbaycan millisinin keçmiş üzvü Amit Quluzadənin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Moldovada davam etdirəcək. O, yüksək liqa təmsilçisi "Milsami" ilə 1 illik müqavilə imzalayıb.

 

"Neftçi"nin yetirməsi Azərbaycanda "Rəvan", “Qəbələ”, "Səbail" və “Sumqayıt”da çıxış edib. O, Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL, Portuqaliyanın "Atletiko", Kosovonun "Drita" və Bosniya və Herseqovinanın "Çelik" klublarında da oynayıb. Amit 2019-cu ilin yayından klubsuz qalmışdı.

Xəbər xətti